reklam
Volkan yenə
Sportfm.az xəbər saytı

Volkan yenə "Qarabağ"dan danışdı


"Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl açıqlama verib. Türkiyə millisinin sabiq üzvü təklif aldığı klubların adını açıqlayıb. 

Sportfm.az xəbər verir ki, 36 yaşlı qolkiperin xidmətində Azərbaycan çempionu "Qarabağ" da maraqlı olub. Təcrübəli çərçivə qoruyucusu təkliflər alsa da, "Fənərbaxça"dan ayrılmaq niyyətində deyil. O, 40 yaşına qədər "sarı-bülbüllər"in uğurları üçün çalışmaq istəyir: 

"Hələlik "Fənərbaxça"ya lazımam və burada qalmağa çalışacağam. 40 yaşımda futbolla vidalaşmağı planlaşdırıram. İndiyə qədər bir neçə klubdan təklif alsam da, "yox" cavabı vermişəm. "Mançester Siti", "Monako", "Milan", "Suonsi Siti", "Aston Villa", "Hamburq", "Atletiko" və "Qarabağ" müxtəlif illərdə məni transfer etmək istəyib". 

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2002-ci ildən "Fənərbaxça"da çıxış edir. "Kartalspor"un yetirməsi İstanbul nəhənginin heyətində 500-dən çox oyun keçirib

Oxşar xəbərlər

"Qarabağ" transfer etmək istədiyi futbolçu heyətdən kənarda qaldı
"Fənərbaxça"nın qapıçısı karyerasını bitirdi
38 yaşlı futbolçunu transfer edirlər
Qapıçı üzr istədi, əfv olundu
16 illik karyeranın acı sonu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər