38 yaşlı futbolçunu transfer edirlər
Super Liqada uğursuz mövsüm keçirən "Fənərbaxça" yay planlarını cızır.
Sportfm.az xəbər verir ki, "sarı-lacıvərdlilər" gənc futbolçularla yanaşı, komandaya güc qataacaq təcrübəli oyunçuları da almağa çalışacaq. İstanbul təmsilçisi sabiq kapitanı Əmrə Bəlözoğlu ilə maraqlanır.
"Fənərbaxça" mövsümün sonunda futbolçu karyerasını başa vuracağı gözlənilən "Başakşəhər"in kapitanına rəsmi təklif göndərib. İstanbul klubu növbəti mövsüm çempionluq yolunda Əmrənin gücünə, liderliyinə və təcrübəsinə ehtiyac duyur. Məlumata görə, Əmrə "Fənərbaxça"ya dönsə, bir mövsüm futbol oynadıqda sonra klubun meneceri olacaq.
38 yaşlı yarımmüdafiəçini "Başakşəhər" də saxlamaq istəyir. Bundan əlavə, təcrübəli futbolçuya Türkiyə Futbol Federasiyasından da təklif var.
Sentyabrda 39 yaşı tamam olacaq Əmrə 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildən "Başakşəhər"in uğurları üçün çalışır.
Oxşar xəbərlər
Super Liqada yeni rekord - 10 oyundur məğlub olmur
Emre Belözoğlu "Başakşəhər"də - Yeni təyinat
Topalın yeni klubu müəyyənləşdi
Türkiyədə bu da oldu! - FOTO
Volkan yenə "Qarabağ"dan danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası