Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Joze Mourinyo: "Rəhbərlikdən dörd futbolçu istədim..."
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo yeni transfer Zlatan İbrahimoviçi tərifləyib. Goal.az xəbər verir ki, portuqal mütəxəssis İbrahimoviçin yüksək motivasiyasının komandaya fayda verəcəyinə inandığı və transfer siyasəti haqda danışıb. Çində hazırlıq keçən "qırmızı şeytanlar"ın 53 yaşlı çalışdırıcısı kameralar qarşısında çıxaraq maraqlı mövzulara toxunub. O, İbrahimoviçlə daha əvvəl "Inter"də işlədiyini xatırladaraq onun ünvanına təriflər yağdırıb: "Real yaşınız hazırlığınız və beyninizdir. Zlatanın motivasiyası yüksək və fiziki hazırlığı inanılmazdır. Üstəlik, bir çox titul qazandı, amma dünyanın ən çətin liqasına gəldi. Burada mübarizə aparmağı o gücü hiss etdiyiniz halda bacara bilərsiniz. Bunu hiss etməsəniz ya ABŞ və Çinə gedərsiniz, ya da daha 1 mövsüm Fransada oynayarsınız".
"Çelsi"ni çalışdırdığınız dövrdə klubdan ayrılan Mata ilə yenidən yolları kəsişən Mourinyo ispan futbolçu ilə işləmək istədiyini söylədi. Bundan əlavə, kapitan Runiyə güvəndiyini açıqlayan "Special one" klubun transfer siyasəti haqda da danışıb: "Rəhbərlikdən 4 futbolçu istədim. İbrahimoviç, Mxitaryan və Baillyini alaraq məsələnin 75 %-ni həll etdik. İstədiyimiz digər oyunçunu da bilirik. Bu transfer gerçəkləşməsə, daha iki alternativimiz var".
Oxşar xəbərlər
Mourinyo qərarını dəyişdi
Mourinyo Useyn Bolta təşəkkür etdi
Mourinyo hansı futbolçunun alınmasını istədi?
"Mourinyo "yeni Fergüsson" ola bilər"
Mourinyo daha bir ulduz istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası