“Qarabağ”ın 6-cı çempionluğu
Topaz Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, 24-cü turun bu gün keçirilən oyunlarından sonra Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionu titulunu qazanıb.
"Qarabağ" səfərdə “Sumqayıt”ı Dani Kintananın qolu sayəsində 1:0 hesabı ilə məğlub edərək Premyer Liqanın sonuna 4 tur qalmış qızıl medalları təmin edib.
Bununla da “Qarabağ” ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.
Qeyd edək ki, ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.
Oxşar xəbərlər
18-ci titul və təkrarlanan rekord
“Neftçi”dən rekord, “Sumqayıt”dan bir ilk - Premyer Liqa
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
Mükafatlar rekordçulara nəsib oldu - STATİSTİKA
Ardıcıl 5-ci qış çempionluğu - Ağdam klubunun daha bir uğuru
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası