reklam
Roberto Karlosun heyranı olan
Sportfm.az xəbər saytı

Roberto Karlosun heyranı olan "Keşlə"li Əbil -VİDEO


Ölkəmizdə istedadlı futbolçuların sayı elə də çox deyil. Olanların əksəriyyəti isə 18-19 yaşlarına çatdıqdan sonra it-bat olurlar. Yeniyetmə yaşlarında isə bu futbolçular avropalı həmyaşıdlarından heç də geri qalmır. Vaxtında onlara düzgün istiqamət verilsə, belə gənclərimiz hətta ölkə xaricində öz adlarından söz etdirə bilər.

Sportfm.az saytı bu gün sizləri belə futbolçulardan biri ilə - "Keşlə"nin 15 yaşlılardan ibarət komandasında Xəyal Mustafayevin rəhbərliyi altında çıxış edən Əbil Əbilovla tanış edir. İlk məşqçisi Eldar Ağaxanov olan 2003-cü il təvəllüdlü futbolçu sürəti, sol ayağı ilə etdiyi driblinqləri, yerinə yetirdiyi cərimə zərbələri, meydanı görmə bacarığı ilə digər həmyaşıdlarından yaxşı mənada seçilir. "Qalatasaray"ın azarkeşi olan Əbil 17 yaşlılardan ibarət yığmamızın şərəfini də qoruyur. Ən sevdiyi futbolçu Robetro Karlos olan sol cinah yarımmüdafiəçisi Əbil gələcəkdə tanınmış klublarda çıxış etmək istəyindədir. 

Oxşar xəbərlər

"Sabah" heyətini iki gənc futbolçu ilə gücləndirdi - Transfer
U-16 Liqasının yaxşıları seçildi - FOTO
Sabiq komandasına qol vuran millimizin üzvü: "İlahi ədalət öz yerini tapdı"
Futbolçularımız Türkiyə ilə qarşılaşacaq - Heyət məlumdur
Azərbaycanlı Teo Uolkott meydanda xarüqələr yaradır - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər