reklam
Sportfm.az xəbər saytı

"Sabah" heyətini iki gənc futbolçu ilə gücləndirdi -Transfer


Gələcəklə bağlı böyük planları olan "Sabah" klubunun rəhbərliyi bu istiqamətdə işlərini davam etdirir. Klubda futbol akademiyasının inkişaf etdirilməsi ilə yanaşı, ölkəmizin perspektivli futbolçularının heyətə cəlb edilməsi prosesi də davam edir. 

Sportfm.az xəbər verir ki, ötən mövsümü "Keşlə"nin gənclər komandasının heyətində keçirən iki futbolçu - 2003-cü ilə təvəllüdlü yarımmüdafiəçilər Əbil Əbilov və Hümmət Məmmədov bundan sonra "Sabah"ın şərəfini qoruyacaq. Klubun ofisində gənc futbolçularla uzun müddətli müqavilə imzalanıb.

Qeyd edək ki, Əbil Əbilov 17 yaşlılardan ibarət Azərbaycan yığmasının formasını geyinir. 

Oxşar xəbərlər

Əbil Əbilov “Araz-Naxçıvan”la müqavilə bağladı - Keçid
"Sabah" heyətinə 2 gənc futbolçu qatdı - FOTO
"Sabah" klubu 9 futbolçu ilə müqavilə bağladı - RƏSMİ
Roberto Karlosun heyranı olan "Keşlə"li Əbil - VİDEO
Futbolçularımız Türkiyə ilə qarşılaşacaq - Heyət məlumdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər