reklam
Ramil Şeydayev
Sportfm.az xəbər saytı

Ramil Şeydayev "Trabzonspor" məsələsinə dair danışdı:Hadisələrin gedişatını...


Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olub və 1:0 hesabıyla qalib gəlib. Bu qələbə sayəsində Ağdam klubu ardıcıl 5-ci dəfə, ümumilikdə 6-cı dəfə ölkə çempionu olub. 

"Köhlən atlar"ın hücumçusu Ramil Şeydayev müsahibə verib. Sportfm.az həmin müsahibəni təqdim edir. 

- Ötən mövsüm “Jilina”, indi isə “Qarabağ”la çempionluq sevinci yaşadın. Bunlar arasında hansı fərq oldu?

- Çempionluq münasibətilə azarkeşlərimizi təbrik edirəm. Bunun üçün çox sevincliyəm. Slovakiyadakı ilə müqayisədə burada çempion olacağımız aşkar görünürdü. "Jilina" çempionatda üstün idi. Çempionluq xoş hisslərdir. Hər bir idmançının arzusudur. 

- Avropada PSJ, "Bavariya", "Mançester Siti" kimi klublar da çempionluğu təmin ediblər. "Qarabağ"ı top klublarla müqayisə etmək olar?

- Əlbəttə, olar. Biz də çempionuq və top klub hesab edilirik. 

- "Qarabağ"da icarə əsasında çıxış edirsən. "Trabzonspor"a dönəcəksən?

- Müqaviləm mövsümün sonunda başa çatır. Sona isə 4 tur qalıb. Bu məsələ məlum deyil. Hadisələrin gedişatını gözləməliyik. Bu barədə indi düşünmək istəməzdim. 

- "Qarabağ"da çox şans qazana bilmədin...

- Artıq ardıcıl 3 oyun çıxış etdim. Ötən tur qol vurdum. Davam edirəm, çalışıram.  

- 1 qol vurmaq aşağı göstəricidir. "Qarabağ"da az oynamağın isə öz günahındır...

- Maksimum 4 matç oynamışam. Bəli, buna görə də çox çalışmalıyam.(sportal.az)

Oxşar xəbərlər

Ramildən 50-ci oyun, 25-ci qol
Ramil Şeydayev Rusiya klubu ilə danışıqlara başladı
"Hələ heç nədən xəbərim yoxdu" - Ramil Şeydayev
“Qarabağ”ın 6-cı çempionluğu
Ramil Şeydayev "Qarabağ"da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər