reklam
Bu gün Çempionlar Liqasının oyunu var –
Sportfm.az xəbər saytı

Bu gün Çempionlar Liqasının oyunu var –Kim üstündür?


Bu gün futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk qarşılaşması keçiriləcək.

Sportfm.az xəbər verir ki, “Liverpul” İngiltərədə İtaliyanın “Roma” komandası ilə üz-üzə gələcək.

Bu komandalar arasında 2016-cı ildə yoldaşlıq oyunu keçirilib. Həmin qarşılaşmada “canavarların” formasını geyinən Məhəmməd Salah italyanların qələbə topunu vurub. İndi isə son günlərin ulduzuna çevrilən misirli futbolçu ingilis klubunda çıxış edir. Təbii ki, bu, oyunun taleyinə birbaşa təsir göstərə bilər.

“Liverpul” 4 futbolçusu – Joel Matip, Emre Can, Adam Lallana, Nataniel Klayn zədə səbəbindən bu qarşılaşmada komandasına kömək edə bilməyəcək.

“Roma”nın heyətində isə Rik Karsdorf və Qrequar Defrelin forma geyinməyəcək. Onlar zədə səbəbindən meydana çıxmayacaqlar.

Yada salaq ki, “Liverpul” 2005-ci ildə Çempionlar Liqasının finalında italyan klubuna əsil kabus yaşadıb. Belə ki, 3 top fərqi ilə “Milan”a yenik düşən “qırmızılar” bu qolların cavabını verə bilib. Oyunun taleyi isə penaltilər seriyasında “Liverpul”un xeyrinə həll olub.

Oxşar xəbərlər

“Liverpul” “Real”a uduzdu, “Napoli” qalib gəldi - Çempionlar Liqası
Yarımfinal oyunlarının təqvimi açıqlandı - Çempionlar Liqası
"Liverpul" dünya çempionatının finalında oynayacaq
Salah ilin ən yaxşı oyunçusu seçildi
"Liverpul" finalın bir addımlığında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər