"Qarabağ” rəqibi peşman etdi
AFFA U-19 Liqasında gərgin oyunlar keçirilib.
Sportfm.az xəbər verir ki, "Qarabağ”ın 19 yaşlıları "Səbail”li həmyaşıdlarını qonaq edib. Sadıqovun yetirmələri Vasif Haqverdiyevin komandasını meydana çıxmağa peşman edib. Belə ki, ağdamlılar rəqib qapısından 4 cavabsız top keçirib. "Qəbələ” isə "Neftçi” ilə 1:1 hesablı heç-heçə edib.
Bu nəticələrdən sonra "Qarabağ” və "Qəbələ”nin xalları bərabərləşib. Beləliklə, çempionun adına son turda aydınlıq gələcək. Mövsümün həlledici qarşılaşmasında "Qəbələ” ilə "Qarabağ” üz- üzə gələcək. Həmin matç mayın 2-si keçiriləcək və UEFA Gənclər Liqasında təmsilçimiz müəyyənləşəcək. Ötən mövsüm U-19-un qalibi kimi bu turnirdə ölkəmizi məhz Rəşad Sadıqovlu "Qarabağ" təmsil edib. "Səbail”in isə çempionatı 3-cü yerdə tamamlaması rəsmiləşib.
Qeyd edək ki, 36 yaşlı Sadıqov "Qarabağ"ın kapitanı kimi cari mövsümdə artıq çempion olub.
Oxşar xəbərlər
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
498 dəqiqəlik seriya qırıldı
UEFA Gənclər Liqasına "Qəbələ" yollanacaq
“Qarabağ”dan mövsümün rekordu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası