reklam
UEFA Gənclər Liqasına
Sportfm.az xəbər saytı

UEFA Gənclər Liqasına "Qəbələ" yollanacaq


Bu gün AFFA Gənclər Liqasında 2017/2018 mövsümünə yekun vurulub.     

Sportfm.az xəbər verir ki, mövsümün son oyunu Sumqayıtda keçirilib. “Qəbələ” və “Qarabağ” komandaları çempionluq oyununa çıxıb. 23 turdan sonra ehtiyatında 59 xal olan komandalar ilk 2 pilləni bölüşdürürdülər. Ancaq birinci və ikinci dövrədə keçirilən şəxsi oyunlardakı nəticələrə (1:0, 2:2) əsasən "Qəbələ" rəqibini qabaqlayırdı. Buna görə də çempion olmaq üçün "Qarabağ"a yalnız qələbə, "Qəbələ"yə isə heç-heçə də sərf edirdi. Görüşdə qapılara qol vurulmayıb və "Qəbələ" çempion adını qazanıb. Beləliklə, bu mövsüm ölkəmizi UEFA Gənclər Liqasında "Qəbələ" təmsil edəcək. Xatırladaq ki, ötən mövsüm bu turnirdə Rəşad Sadıqovun komandası çıxış etmişdi.

Oxşar xəbərlər

"Qəbələ" UEFA Gənclər Liqasına vəsiqə qazandı
"Qəbələ" Gənclər Liqasının çempionu oldu
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
“Qəbələ”nin daha bir komandası çempiondur
"Qarabağ” rəqibi peşman etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər