Avropa Liqasında finalçılar məlum oldu
Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
Sportfm.az xəbər verir ki, "Atletiko" "Arsenal"ı, "Zalsburq" isə "Marsel"i qəbul edib.
İlk oyunda Londonda 1:1 hesablı bərabərliyə nail olan "Atletiko" doğma meydanda finala çıxıb.
Avropa Liqasında mövsümün sürprizi hesab olunan "Zalsburq" bu dəfə çətinliklə üzləşib. Fransada "Marsel"dən iki cavabsız qol buraxan avstriyalılar doğma meydanda eyni hesabı təkrarlayıb və oyunu əlavə vaxta aparıb. Amma fransalılar əlavə vaxtın sonuna 4 dəqiqə qalmış qol vuraraq həlledici oyuna yüksəliblər.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
3 may
"Atletiko" (Madrid, İspaniya) - "Arsenal" (London, İngiltərə) - 1:0
Qol: Dieqo Kosta, 45+2
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun: 1:1
"Zalsburq" (Avstriya) - "Marsel" (Fransa) - 2:1 (əlavə vaxt)
Qollar: Haydara, 53, Şaqler, 65 - Rolando, 116
Baş hakim: Sergey Karasyov (Rusiya)
Zalsburq, "Redd Bull Arena"
İlk oyun: 0:2
Oxşar xəbərlər
Avropa Liqası: Yarımfinalda fransızlardan 3 qol
Avropa Liqasında yarımfinalçılar məlum oldu
Avropa Liqasında yarmfinalçılar hansı klublar olacaq?
Avropa Liqasında bütün 1/4 finalçılar bəlli oldu
Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası