Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçiriləcək.
Sportfm.az xəbər verir ki, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılacaq. "Milan" doğma azarkeşləri önündə "Arsenal"ı qəbul edəcək.
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la rəqib olmuş "Atletiko" da tura evdə start verəcək. Madrid təmsilçisi Moskva "Lokomotiv"i ilə üz-üzə gələcək.
Avropa Liqasında mübarizə aparan 3 Rusiya klubundan yalnız MOİK doğma azarkeşlər önündə oynayacaq. MOİK Fransa "Lion"unu sınağa çəkəcək. Turnirin güclü komandalarından hesab olunan Dortmund "Borussiya"sı Avstryanın "Zalsburq" klubu ilə ilk matçda sərfəli nəticə əldə etməyə çalışacaq. Almaniyanın digər təmsilçisi "Leyptsiq" doğma meydanda Rusiya "Zenit" ilə görüşəcək.
Avropa Liqası
1/8 final, ilk oyunlar
22:00. "Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)
22:00. "Atletiko" (İspaniya) - "Lokomotiv" (Rusiya)
22:00. "Borussiya D." (Almaniya) - "Zalsburq" (Avstriya)
22:00. MOİK (Rusiya) - "Lion" (Fransa)
00:05."Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
00:05. "Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)
00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)
00:05. "Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)
Oxşar xəbərlər
Avropa Liqasında bütün 1/4 finalçılar bəlli oldu
Avropa Liqası: Kiyev "Dinamo"sundan uğurlu nəticə
Avropa Liqası: "Milan" uduzdu, "Atletiko" uddu
Avropa Liqasının püşkatması başa çatdı: “Milan”-“Arsenal”
Avroliqanın püşkü atıldı - 1/16 finalda İtaliya-Almaniya dueli yaşanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı














Misli Premyer Liqası