reklam
Kapitan qayıdır -
Sportfm.az xəbər saytı

Kapitan qayıdır -Onun sabah meydana çıxması gözlənilir


Futzal üzrə Yüksək Liqada növbəti turun oyunları sabah keçiriləcək. 

Sportfm.az xəbər verir ki, artıq gümüş medalları özünə təmin edən "Marafon" bu turda "Neftçi" İK ilə üz-üzə gələcək. Bakı İdman Sarayında baş tutacaq görüşdə "Marafon"un kapitanı Renat Sultanovun da meydana çıxması gözlənilir. Qış fasiləsindən sonra qasıq nahiyəsindən əməliyyat olunan debütantın bombardiri iki həftədir fərdi məşqlərə başlayıb. Bir müddət öncə komandasının hazırlıqlarına qoşulan Sultanovun parketsiz günləri sabah bitə bilər. 

Qeyd edək ki, 1 aydan çoxdur zallardan uzaq qalan kapitan 20 qolla Yüksək Liqanın bombardiləri sırasında 3-cü yerdə qərarlaşıb. 

Oxşar xəbərlər

Elşad Quliyev səhnəyə qayıdır - Yüksək Liqa başlayır
Kapitan dönüşünü qolla qeyd etdi, komandası xal itirdi
Bakı İdman Sarayında 3 görüş baş tutacaq
"Neftçi" axır ki, meydana çıxır
Liderin matçı CBC Sport-da canlı yayımlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər