reklam
“Qəbələ”nin daha bir komandası çempiondur
Sportfm.az xəbər saytı

“Qəbələ”nin daha bir komandası çempiondur


AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqasına yekun vurulub. 
Sportfm.az xəbər verir ki, turnirin final matçında “Qəbələ” və “Neftçi”nin 13 yaşadək futbolçulardan ibarət komandaları üz-üzə gəliblər. “Qırmızı-qaralar” bu matçdan 2:0 hesablı qələbə ilə ayrılıblar. 
Beləliklə, “Qəbələ” U-13 Liqasının çempionu adını qazanıb. Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Yarışın ən güclü komandası medallarla təltif olunub. “Qəbələ” futbolçularına qızıl medallar və çempionluq kuboku verilib. 
Xatırladaq ki, “Qəbələ” U-19, U-17 və U-16 liqalarında da qızıl medallar qazanmışdı.

Oxşar xəbərlər

Həvəskarlar Liqasına yekun vuruldu - FOTO
"Qəbələ" Gənclər Liqasının çempionu oldu
"Qəbələ" çempion oldu
"Qəbələ"nin "böyüklər"i "kiçiklər"dən öyrənsin
"Qəbələ" Akademiyasının daha bir uğuru

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər