Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi” Türkiyə toplanışına start verdi
Yeni mövsümün hazırlığını davam etdirən “Neftçi” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyədədir.
Qardaş ölkənin Topuq yaylası bölgəsində məskunlaşan paytaxt təmsilçisi ilk məşqinə çıxıb.
Sportfm.az xəbər verir ki, bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıqla bağlı çalışmaları yerinə yetirən Roberto Bordinin yetirmələri məşqi taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla tamamlayıblar.
Qeyd edək ki, “Neftçi”nin Türkiyədəki təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək. Komandamız hazırlıq prosesi çərçivəsində dörd yoxlama görüşündə gücünü sınayacaq.
Oxşar xəbərlər
Roberto Bordin nəyə işarə edir? - VİDEO
“Qəbələ” Lüksemburqda ilk məşqinə çıxdı
"Sabah" Türkiyə toplanışına start verdi
Makedoniyalılardan sonra rumınlar
"Neftçi" Topuqda ayaqlarını qızışdırır - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası