reklam
Sportfm.az xəbər saytı

"Neftçi" Topuqda ayaqlarını qızışdırır -FOTO


Yeni mövsümə hazırlığını davam etdirən "Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsi üçün dünən Türkiyəyə yollanıb. 

Sportfm.az xəbər verir ki, qonşu ölkənin Topuq yaylası bölgəsində məskunlaşan paytaxt təmsilçisi bu gün ilk məşqinə çıxıb. 

Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıqla bağlı çalışmaları yerinə yetirən Roberto Bordinin yetirmələri, məşqi taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla tamamlayıb. Yerli vaxtla saat 17:00-da komanda növbəti məşqinə çıxacaq. 

"Neftçi”nin Türkiyədəki təlim-məşq toplantısı iyulun 6-na qədər davam edəcək. Komanda hazırlıq prosesi çərçivəsində dörd yoxlama görüşündə gücünü sınayacaq.

Oxşar xəbərlər

"Qarabağ" Avstriyada son məşqinə çıxdı
“Qəbələ” Lüksemburqda ilk məşqinə çıxdı
"Qarabağ"ın beşinci günü
Makedoniyalılardan sonra rumınlar
“Neftçi” Türkiyə toplanışına start verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər