reklam
FİFA-dan Argentinaya cərimə -
Sportfm.az xəbər saytı

FİFA-dan Argentinaya cərimə -105 min dollar


Rusiyada təşkil olunmuş dünya çempionatının daha bir iştirakçısı FİFA tərəfindən cəzalandırılıb. 

Sportfm.az xəbər verir ki, ali futbol qurumu Argentina Futbol Federasiyasını 105 min dollar cərimə edib. 

Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Buna iyunun 21-də keçirilmiş Xorvatiya ilə oyunda (0:3) argentinalı fanatların iğtişaşlar törətməsi səbəb olub. 

Matçın gedişində argentinalılar xorvat tərəfdarlarla dava etmiş, oyunun keçirildiyi “Nijni Novqorod” stadionuna ziyan vurmuşdular. 

Bundan əlavə, matçdan sonra argentinalı futbolçular miks-zonada jurnalistlərlə söhbətdən imtina etmişdilər. 

FİFA baş verənlərlə əlaqədar Xorvatiya Futbol İttifaqını da 13 min dollar məbləğində cərimə edib.

Oxşar xəbərlər

Argentina - Xorvatiya oyununun hakimləri - DÇ-2022
Serblər Kosovo bayrağına görə cərimələndi - Qərar
FİFA sabiq vitse-prezidentə ömürlük cəza verdi
FIFA DÇ-2018-dən qazancını açıqladı
İsveçrədə oturub, İsveçrəni cərimələdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər