Serblər Kosovo bayrağına görə cərimələndi -Qərar
FİFA Serbiya Futbol İttifaqını cərimələyib.
Sportfm.az xəbər verir ki, buna Serbiya millisinin Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Braziliyaya 0:2 hesabı ilə uduzduğu oyundan öncə paltardəyişmə otağında üzərində Kosovonun və “Təslim olma” sözlərinin yer aldığı ölkə bayrağını asması səbəb olub.
Qarşı tərəfin şikayətindən sonra araşdırmalara başlayan ali futbol qurumu federasiyanı 20 min avro məbləğində cərimələyib. Serbiya Futbol İttifaqı azarkeşlərin tribunada üzərində siyasi şüarlar olan pankart açmasına görə də əlavə 50 min avro ziyana düşüb.
Xatırladaq ki, Serbiya yığması mundialla qrup mərhələsində vidalaşıb. Bu ölkə 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovonu öz ərazisi kimi görür.
Yeri gəlmişkən, UEFA Xorvatiya Futbol Federasiyasını da cərimə edib. Sözügedən ölkədən olan azarkeşlər də DÇ-2022-də Kanada ilə oyun zamanı rəqib qapıçını təhqir etdikləri üçün federasiyaya 50 min avro cərimə kəsilib.
Oxşar xəbərlər
FİFA -dan Serbiya, Ekvador və Meksikaya ağır cəza
FİFA AFFA-nı cərimələdi - 10 min manat
Serbiya Futbol İttifaqı Azərbaycan görə cərimələndi - 35 000 min
Serbiya millisi azarkeşlərin irqçi şüarlarına görə cəzalandırıldı
Oyuna çıxmaqdan imitina edən baş məşqçi qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası