"Həyatımın möcüzəvi fəsli başa çatdı" -İnyesta
Yaponiyanın "Vissel Kobe" klubunun futbolçusu Andres İnyesta İspaniya milli komandasındakı çıxışlarını rəsmən başa vurub.
Sportfm.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu qərarı dünya çempionatında Rusiyaya yenilərək mübarizəni dayandırdıqları 1/8 final matçından sonra açıqlayıb.
İnyesta milli karyerasında son oyuna çıxdığını bildirib: "Həyatımın möcüzəvi fəsli başa çatdı. Təəssüf ki, hərdən hər şey arzuladığımız kimi yekunlaşmır. İspaniya yığması yenidən uğura yol tapmalıdır. Göründüyündən daha çətin olsa da, bunu komandamız bacarar".
Qeyd edək ki, Andres İnyesta İspaniya yığmasında 2006-cı ildən çıxış edir. O, millidəki 136 oyununda 13 qol və 27 məhsuldar ötürmə müəllifi, habelə, dünya (2010) və ikiqat Avropa (2008, 2012) çempionu olub.
Oxşar xəbərlər
İnyesta və Raul bir komandada - Rəmzi yığma
İnyesta yeni müqavilə imzaladı - Yaponiyada qalacaq
35 yaşında 37-ci kuboku qazandı
İnyesta okeanın o tayına köçür?
Andres İnyesta inanmır! - Neymarın dönəcəyinə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası