Xorvatiyanın prezidenti milli komandanı belə təbrik etdi -VİDEO
Dünya çempionatının 1/8 final matçında Danimarka üzərində qələbədən sonra Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç "Nijni Novqorod" stadionunun tribunasından paltardəyişmə otağına enib.
Sportfm.az xəbər verir ki, ölkə başçısı hamını şəxsən təbrik edib. O, baş məşqçi Zlatko Daliç, kapitan Luka Modriç və digər futbolçuları qucaqlayıb. Qrabar-Kitaroviç Daliçin dünya çempionatına yollanmazdan öncə ona hədiyyə etdiyi Xorvatiya millisinin formasında olub.
Qeyd edək ki, Danimarkaya qarşı görüşün əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Əlavə vaxtda qol vurulmadığından, penaltilər seriyasına müraciət olunub. Bu zaman Xorvatiya daha dəqiq olaraq, 3:2 hesablı qələbə ilə mərhələ adlayıb. Onların 1/4 finalda rəqibi Rusiya olacaq.
Oxşar xəbərlər
Yola prezidenti günahlandıran baş məşqçi ilə davam edəcəklər
"Bizi cinayətkarlığa qarışmış insanlar idarə edir" - Baş məşqçidən dəhşətli sözlər
Bilinən və bilinməyən tərəfləri ilə Kolinda Qrabar-Kitaroviç…
Xorvatiya prezidenti Luka Modriçdən daha populyardı
DÇ-2018: Qapıçıların duelindən Xorvatiya qalib ayrıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası