Xorvatiya prezidenti Luka Modriçdən daha populyardı
DÇ-2018-in final matçı zamanı Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç internetdə ölkəsinin yığma komandasının kapitanı Luka Modriçdən daha populyar olub.
Sportfm.az saytının report.az-a istinadən məlumatına görə, bu barədə "Mediatoolkit"in direktoru Tomislav Qrubişiç şəxsi "facebook" səhifəsində yazıb. O qeyd edib ki, ölkə başçısının adı mundialın ən yaxşı oyunçusu seçilən yarımmüdafiəçi ilə müqayisədə 25 faiz çox çəkilib.
"Yarımfinalla müqayisədə, final axşamı Xorvatiyanın adı 30 faiz çox çəkilib. Bu, daha əvvəl Xorvatiyanın tarixində olmayan nəhəng rəqəmdir. Ancaq maraqlı bir sual var: prezidentimiz şoumuzu oğurlamadı ki? Rəqəmlərə baxsaq, onun Modriçlə müqayisədə 25 faiz çox yad edildiyini görərik. Xəbərlərin 80 faizi pozitiv xarakter daşıyıb", - Qrubişiç yazıb.
Qeyd edək ki, finalda Fransa yığmasına 2:4 hesabı ilə məğlub olan Xorvatiya millisi tarixində ilk dəfə mundialın gümüş medallarını qazanıb.
Oxşar xəbərlər
Modriç səkkizinci dəfə ən yaxşı oldu - Xorvatiyada
"Qızıl top"a görə ona hər şeyi bağışladılar - Modriç həbsdən necə yaxa qurtardı?
Luka Modriç balaca qızın məktubuna cavab verdi
"Çempionlar Liqasındakı titulları dünya kubokuna dəyişərdim"
Xorvatiyanın prezidenti milli komandanı belə təbrik etdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası