reklam
Sportfm.az xəbər saytı

"Çox möhtəşəm bir kluba gəlmişəm" -Faysal Rerras


“Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədir. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam”.

Sportfm.az xəbər verir ki, bunu “Qarabağ”ın yeni transferi Faysal Rerras klubun mətbuat xidmətinə açıqlamasında deyib. 26 yaşlı mərakeşli müdafiəçi ilk oyuna çıxacağı günü səbirsizliklə gözlədiyini söyləyib: “Müdafiənin həm sağ, hər sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. “Qarabağ” haqqında məlumatım var idi, avrokuboklarda oyunların izləmişdim. Fransa klublarıyla oynayan zaman da klub haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər".

Qeyd edək ki, “Qarabağ” iyulun 17-də “Dalğa Arena”da Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Parizani”ni qəbul edəcək. Matç saat 21:00-da başlanacaq. Tiranadakı İlk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Oxşar xəbərlər

"Qarabağ"ın "Dandolk"la oyunlarının vaxtı açıqlandı
"Yalnız "Qarabağ"da oynayacam" - Ailton Silva
"Qarabağ"ın cavab matçının vaxtı açıqlandı
"Səbirsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm" - Reynaldo Silva
"Qarabağ"ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər