AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcəklər
Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə "fair play"ı mövzusunda seminarı keçiriləcək.
Sportfm.az xəbər verir ki, oktyabrın 2-dən 4-dək baş tutacaq seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev ilə qrupun baş eksperti Bəhram Dadaşov iştirak edəcək.
Seminarda ötən lisenziyalaşdırma mövsümünün icmalı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə "fair play"ı üzrə qaydalarında baş vermiş dəyişikliklər, UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı, eləcə də lisenziyalaşdırma üzrə qərarlar və müvafiq nəticələr müzakirə ediləcək.
Oxşar xəbərlər
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak etdi
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak etdi
AFFA rəsmiləri UEFA seminarında iştirak edəcək
Lisenziyalaşdırma qrupu UEFA seminarında
Azərbaycan klubları UEFA-da təhlil ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası