reklam
Cüdoçularımız Avropa kubokunda iştirak edəcəklər
Sportfm.az xəbər saytı

Cüdoçularımız Avropa kubokunda iştirak edəcəklər


Sentyabrın 20-də Bakıda start götürəcək cüdo üzrə dünya çempionatına hazırlığı davam etdirən milli komandamızın üzvləri hazırda Almaniyadadır.

Sportfm.az xəbər verir ki, təcrübəli cüdoçularımız həftəsonu Saarbrüken şəhərində keçiriləcək açıq Avropa kuboku yarışında mübarizə aparacaqlar. Almaniya turnirində qitənin ən güclü cüdo ustaları medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, milli komandamız ötən həftə İspaniyanın Kastelldefels şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında da iştirak edib. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Braziliya və digər ölkələrin yığmaları qatılıblar.

Oxşar xəbərlər

Cüdoçularımız Avropa çempionatına hazırlaşır - Türkiyədə
Cüdoçularımız olimpiadaya Rusiyada hazırlaşır - FOTO
Cüdoçularımız yarışlara Albaniyada hazırlaşır
Millimiz yarışlara Daşkənddə hazırlaşır
Cüdoçularımız Macarıstanda təlim-məşq toplanışını başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər