Cüdoçularımız olimpiadaya Rusiyada hazırlaşır -FOTO
Rusiyanın Kazan şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplantısı keçirilir.
Sportfm.az xəbər verir ki, toplantıda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin də üzvləri iştirak edirlər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Rusiya, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, İtaliya, Belçika, Avstriya, Braziliya, Çexiya, Belarus, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Moldova, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb.
Kazan toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Olimpiya Oyunlarına hazırlaşırlar.
Beynəlxalq təlim-məşq toplanışı mayın 15-dək davam edəcək.




Oxşar xəbərlər
Cüdoçularımız Olimpiadaya hazırlaşır - Xorvatiyada
Cüdoçularımız olimpiadaya hazırlaşır - Almaniyada
Cüdoçularımız yarışlara Albaniyada hazırlaşır
Millimiz yarışlara Daşkənddə hazırlaşır
Cüdoçularımız Macarıstanda təlim-məşq toplanışını başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası




.jpg)



.png)






Misli Premyer Liqası