Millimiz yarışlara Daşkənddə hazırlaşır
Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Sportfm.az xəbər verir ki, gələcək yarışlara hazırlıqlarını davam etdirən kişilərdən ibarət milli komandanın üzvləri hazırda Özbəkistandadır.
Paytaxt Daşkənddə təşkil olunan təlimlərə aparıcı cüdoçular qatılıb. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan hazırlıq prosesinə Azərbaycan idmançıları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, Özbəkistan, İspaniya, Gürcüstan, Niderland, Qazaxıstan və digər ölkələrin yığmaları qoşulub.
Qeyd edək ki, Azərbaycan millisi 26 - 28 martda Gürcüstanın paytaxtı Tbilisidə, 1 - 3 apreldə Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə iştirak edəcək. Yığma 16 - 18 apreldə Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında mübarizə aparacaq.
Oxşar xəbərlər
Cüdoçularımız Olimpiadaya hazırlaşır - Xorvatiyada
Cüdoçularımız olimpiadaya Rusiyada hazırlaşır - FOTO
Cüdoçularımız yarışlara Albaniyada hazırlaşır
Cüdoçularımız Macarıstanda təlim-məşq toplanışını başa vurdu
Cüdoçularımız Avropa kubokunda iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











.jpg)

Misli Premyer Liqası