Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Badmintonçularımız Nigeriyada beynəlxalq turnirdə çıxış edirlər
İyulun 18-də Nigeriyada badminton üzrə "Lagos İnternational-2018" beynəlxalq turniri başlayıb.
Sportfm.az xəbər verir ki, turnirdə ölkəmizi Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni təmsil edirlər.
Təmsilçilərimizdən Ezmi Qovimuramadhoni mübarizəyə daha erkən qoşulacaq. Təsnifat mərhələsinin ilk görüşündən azad olan Ezmi ikinci mərhələdə nigeriyalı badmintonçular Kabiru Sarkin-Miri Adamu - Folorunşo İlesanmi Opeyori cütünün qalibi ilə üz-üzə gələcək.
Turnirə əsas mərhələdən start verəcək Edi Reski Dviçayonun ilk görüşdə rəqibi nigeriyalı Usman Ayo İsiaq olacaq.
"Lagos İnternational-2018" beynəlxalq turnirinə iyulun 21-də yekun vurulacaq.
Oxşar xəbərlər
Badmintonçumuz beynəlxalq turnirdə növbəti mərhələyə yüksəldi
Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi - FOTO
Çexiyada badmintoçularımız nə etdi?
Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış etdi
Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəlilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası