reklam
Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəlilədi
Sportfm.az xəbər saytı

Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəlilədi


Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Sportfm.az xəbər verir ki, Nigeriyada keçirilmiş “Lagos International 2018” turnirinin qoşa yarışlarında bürünc medal qazanan Azərbaycan millisinin üzvləri Edi Reski Dviçayonun və Ezmi Qovimuramadhoninin uğurlu çıxışı reytinqdə xeyli irəliləmələrinə səbəb olub.

Belə ki, reytinqdə 33 pillə irəliləyən Edi Reski Dviçayo 180-ci sıraya yüksəlib. Badmintonçumuzun aktivində 8400 xal var. Qırx üç pillə irəliləyən Ezmi Qovimuramadhoni isə 2818 xalla 386-cı sırada qərarlaşıb.

Edi və Ezmi badmintonçuların qoşa reytinqində də yüksəlişə nail olublar. Qoşa reytinqdə 66 pillə irəliləyən badmintonçularımız 156-cı yerdədir.

Oxşar xəbərlər

Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi - FOTO
Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəlilədi
Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəlilədi
Badmintonçumuz beynəlxalq turnirin yarımfinalına yüksəldi
Badmintonçularımız Nigeriyada beynəlxalq turnirdə çıxış edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər