"Trabzonspor" Şeydayev üçün hansı qərarı verəcək?
"Trabzonspor"da çıxış edən millimizin hücumçusu Ramil Şeydayevin transfer məsələsi yolunu tapmayıb.
Sportfm.az xəbər verir ki, Qara dəniz təmsilçisindən ayrılacağı gözlənilən 22 yaşlı forvardı Avstriyanın "Mattersburq" klubu bu dəfə də transfer üçün hərəkətə keçib. Bundesliqa təmsilçisi Şeydayevin keçidində "Trabzonspor"un bütün şərtlətini qəbul etməyə hazır olduğunu bildirib.
Bundan əlavə, "Trabzonspor" 350 min avro + Şeydayevi I Liqada çıxış edən "Osmanlıspor" klubuna verməklə qarşı tərəfdən 21 yaşlı forvard Umar Aminunu rənglərinə bağlamaq istəyində idi.
Şeydayevin taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Şeydayevin "Trabzonspor"la 2020-ci ilə qədər müqaviləsi var.
Oxşar xəbərlər
Ramil Şeydayevin yeni klubu müəyyənləşir
Şeydayevin taleyi necə olacaq? - "Trabzonspor" rəhbərliyi ona klub axtarır
Bundesliqa klubunun baş məşqçisi: "Şeydayevin komandamıza qoşulmasını gözləyirik"
Şeydayevin işi düyünə düşdü, "Trabzonspor"da məşqlərə qatıldı!
Şeydayevin transferi niyə yubanır? - Səbəbi bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası