reklam
Daha bir futbolçu
Sportfm.az xəbər saytı

Daha bir futbolçu "Qarabağ"a gəlməkdən imtina etdi


Transfer axtarışlarını davam edən “Qarabağ” qapı xəttini gücləndirmək üçün qollarını çırmalayıb. 

Sportfm.az xəbər verir ki, Ağdam klubu Şotlandiyanın "Harts" klubundan ayrılan Con Maklaflinə təklif göndərsə də, 30 yaşlı qapıçı "Qarabağ"a gəlməkdən imtina edib. Azad agent statusu daşıyan Şotlandiya millisinin üzvü "Sanderlend"ə transfer olmaq üçün bu addımı atıb. 

"Sanderlend" İngiltərədə ötən mövsüm Çempionşipdən Liqa 1-ə düşüb. 

Qeyd edək ki, "Qarabağ" "Peskara"nın qapıçısı Vinçentso Fiorillodan da mənfi cavab almışdı. 

Oxşar xəbərlər

“Qarabağ” Şotlandiya millisinin üzvünü transfer edir?
PSJ-nin keçmiş futbolçusu Azərbaycana gəlməkdən imtina etdi
PSJ-nin keçmiş futbolçusu "Qarabağ"a gəlməkdən imtina etdi
"Qarabağ" millinin hücumçusu üçün 750 min ödəyəcək?
"Qarabağ" yenə qapıçı axtarır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər