Karyerasını bitirən futbolçu "Səbail"ə necə transfer edilib?
"Səbail"in yeni transferi Enrike Moura Perillio ilə bağlı maraqlı məlumat yayılıb.
Sportfm.az saytı Kosta-Rika mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ailə həyatı qurduqdan sonra karyerasını başa vurmağa hazırlaşırmış. Rəssam xanımla ailə həyatı quran 27 yaşlı futbolçu bu işlə peşəkar səviyyədə məşğul olmaq istəyib və və bu səbəbdən futboldan getmək barədə qərar verib. Kosta-Rikanın "Deportivo Saprissa" klubundan ayrıldıqdan sonra bir müddət təklif almayan futbolçu həyat yoldaşı ilə bu işdə biznes qurmağı düşünüb. Ancaq "Səbail"in təklifindən sonra Moura bu məsələni təxirə salıb.
Qeyd edək ki, Enrike karyerası ərzində "Vila Nova", "Goyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas" və "Remo" kimi komandalarda çıxış edib.
Oxşar xəbərlər
Qvatemalalı qapıçı "Səbail"i tərk edir - Onu həmyerlisi əvəz edəcək
"Səbail"in futbolçusu İsveç klubunda
"Səbail" daha bir legionerlə gücləndi
"Səbail" braziliyalı futbolçu transfer etdi
Məşhur futbolçu musiqiyə görə futboldan getdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası