reklam
Albanlar hansı futbolçusunu Bakıya gətirə bilmədi?
Sportfm.az xəbər saytı

Albanlar hansı futbolçusunu Bakıya gətirə bilmədi?


Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Albaniyanın “Kukesi” klubu qapıçısı Faton Malokunu Bakıya gətirə bilməyib.

Sportfm.az xəbər verir ki, buna səbəb onun viza ala bilməməsidir. Kosovo vətəndaşı olan 27 yaşlı qolkiper Azərbaycana buraxılmayıb. Çünki Azərbaycan bu ölkənin müstəqilliyini tanımır. Çempionlar Liqasının ilk 3 matçında ehtiyatda oturan Malokunu bugünkü matçda ikinci qapıçı kimi Yetmir Başa əvəz edəcək.

“Kukesi”nin digər kosovoluları – yarımmüdafiəçilər Donjet Şkodra ilə Besar Musolli isə Belçika və Albaniya vətəndaşlığı olduğu üçün viza problemi yaşamayıblar.

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" görüşü bu gün saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə başa çatıb.

Oxşar xəbərlər

Albanların əsas qapıçısı Bakıda meydana niyə çıxmayacaq?
"Kukesi"nin Bakı proqramı məlum oldu
“Qarabağ” – “Kukesi” oyununun hakimi məlum oldu
“Qarabağ” - “Kukesi” oyununa üç günə 5 min bilet satıldı
"Kukesi"yə 4 hücumçu yetmir, Yetmiri də oynadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər