Azarkeş qadağası qalxır -Oyunları izləmək olacaq
Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə stadionlarda oyunları izləyə biləcəklər.
Sportfm.az xəbər verir ki, Misir dövləti tərəfindən qəbul edilən qərarda bir sıra nüanslar var.
Misirli azarkeşlərin tribunalara buraxılması məsələsi ölkənin futbol assosiasiyası və klubların təmsilçiləri ilə razılaşdırılıb. İlk mərhələdə stadionlara cəmi beş minə qədər adam buraxılacaq.
2012-ci ilin fevralında Port-Səid şəhərindəki stadionda faciəli insidentdən sonra Misirdə stadionlara giriş qadağan olunmuşdu. Həmin vaxt meydan sahibi “Əl-Məsri” və Qahirənin “Əl-Əhli” klubları arasında keçirilən oyunda tribunalarda baş vermiş kütləvi davalarda 70 azarkeş həyatını itirmişdi.
Oxşar xəbərlər
“Kəpəz” ev oyunlarını Gəncədə oynayacaq - EKSKLÜZİV
Azarkeşlər yenə stadionlara həsrət qalacaq - UEFA açıqladı
Azarkeşlər stadionlara buraxılır - Almaniyada
Azarkeşlər stadionlara buraxılmayacaq - Yeni qərar
"Klublar azarkeşləri stadiona qaytarmaqda maraqlı olmalıdır" - Əfqan Talıbov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası