reklam
Azərbaycan klubu Çempionlar Liqasında
Sportfm.az xəbər saytı

Azərbaycan klubu Çempionlar Liqasında


Azərbaycanın “Judo Club 2012” klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.
Sportfm.az xəbər verir ki, baş məşqçisi İmran İmanovun rəhbərliyi altında Parisə Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yollanacaq.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Cüdo Federasiyasının üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, həmçinin klubun məşqçiləri Zaur Bağırov və Eldar Kasumov da yer alacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfə Avropanın 11 klubunun qatılacağı turnirdə mübarizə aparacaq. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan Avropa Çempionlar Liqasının əvvəlki qalibi Fransanın PSJ klubu olub.

Oxşar xəbərlər

Cüdo Ümidləri Turniri keçiriləcək - Bakıda
İkinci turun qalibləri bəlli oldu - Liqa yarışı
Liqa yarışının 1-ci turunda mükafatçılar bəlli oldu
Olimpiya çempionlarımız şəhid övladları ilə - FOTO
III turun nəticələri açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər