reklam
Messi
Sportfm.az xəbər saytı

Messi "Barselona"nın əsas hədəfini açıqladı


İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messi Argentina təmsilçisi “Boka Xuniors”la keçirdikləri Xuan Qamper Kubokunun oyunundan öncə azarkeşlərə müraciət edib.

Sportfm.az xəbərb verir ki, 31 yaşlı kapitan 2018/2019 mövsümündə Kataloniya klubunun əsas hədəfinin Çempionlar Liqasını (ÇL) qazanmaqdan ibarət olacağını söyləyib. Təcrübəli hücumçu bunun üçün əllərindən gələni edəcəklərini deyib: “Barselona”nın kapitanı olmaq mənim üçün şərəfdir. Bunun böyük məsuliyyət olduğunu bilirəm. Amma bəxtim gətirib – mənim üçün Puyol, Xavi və böyük İnyesta kimi nümunələr var. Andres üçün çox darıxacağam. Yeni oyunçularımız bizə kömək edəcəklər. “Barselona” ötən mövsüm İspaniya Kubokunu qazandı və La Liqanın qalibi oldu. Amma ÇL-də uğursuz çıxış etdik. Bu gözəl kuboku “Nou Kamp”a qaytarmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Barselona” hər il təşkil etdiyi ənənəvi Xuan Qamper Kubokunda “Boka Xuniors”u 3:0 hesabı ilə məğlub edib. (report)

Oxşar xəbərlər

Messi 900-cü oyununa çıxdı - İspaniya Kuboku
“Ümid edirəm Messi mənim klubuma keçər” – Xuan Mata
“Boka Xuniors” “Barselona”nı məhkəməyə verəcək - Qaydalara əməl etmir
Messinin əsas məqsədi nədir? - Açıqladı
"Barselona" kubok qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər