reklam
Messinin əsas məqsədi nədir? -
Sportfm.az xəbər saytı

Messinin əsas məqsədi nədir? -Açıqladı


Dünyanın ən yaxşı futbolçularından biri sayılan Lionel Messi “Barselona” ilə az uğur qazanmayıb. Amma argentinalı uğurlara doymayıb.

 

Sportfm.az xəbər verir ki, Messi əsas məqsədini açıqlayıb. O, “Barselona” ilə Çempionlar Liqasının qalibi olmağı istədiyini bildirib. Axırıncı dəfə belə uğur 2015-ci ildə əldə edilmişdi.

“Barselona” ilə mükafatlar qazanmağa davam etmək mənim arzumdur. Yenə Çempionlar Liqasının qalibi olmaq istərdim. Həmişə demişəm ki, fərdi mükafatlar mənim məqsədim ola bilməz. Buna görə də dünyanın ən yaxşısı, “Qızıl top”, “Qızıl buts” mənim üçün çağırış deyil. “İlin ən yaxşı qolu mükafatı” lap aşağı pillədə dayanır. Bu mükafatları qazanıb-qazanmamağın elə bir əhəmiyyəti yoxdur, - Messi belə deyib.

 

 

Oxşar xəbərlər

“Ümid edirəm Messi mənim klubuma keçər” – Xuan Mata
Messiyə “Qızıl buts” mükafatı təqdim olundu
"Barselona" Messiyə müddətsiz müqavilə təklif etdi
Messi beşinci dəfə “Qızıl buts”un sahibi oldu
Lionel Messi dördüncü dəfə “Qızıl buts” aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər