Genuyadakı faciəni yaşayan futbolçu:"Birdən dəhşətli gurultu gəldi"
İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində böyük faciə baş verib. Hazırda hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Sportfm.az xəbər verir ki, bu faciədə futbolçu da dünyasını dəyişə bilərmiş. Belə ki, vaxtilə "Zenit"də çıxış edən, hazırda isə "Cenoa"nın formasının geyinən Domeniko Krişito körpünün çökməsindən 5 dəqiqə əvvəl orda olub. Ancaq başqa bir futbolçunun bəxti Krişito kimi gətirməyib. Söhbət "Kalyari"nin sabiq qapıçısı Davide Kapellodan gedir. Körpünün uçduğu anda Kapello öz avtomobili ilə onun üzərində imiş:"Nə olduğunu bilmədim. Birdən dəhşətli gurultu gəldi. Avtomobilim göydə uçmağa başladı. Məni maşınımın sütunların arasında sıxışıb qalması xilas etdi".
Qeyd edək ki, Genuyadakı kürpü 1963-67-ci illərdə tikilib.
Oxşar xəbərlər
"Yuventus"un sabiq futbolçusu karyerasını bitirdi - 36 yaşında
İtaliya yığmasının matçı 43-cü dəqiqədə dayandırılacaq - Buna səbəb baş verən faciədir
"Milan"ın oyunu təxirə salındı - körpü faciəsinə görə
Bordin italiyalı həmyerlilərinə başsağlığı verdi
"Trabzonspor"dan anlamlı addım - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası