Bordin italiyalı həmyerlilərinə başsağlığı verdi
“Neftçi”nin baş məşqçisi Roberto Bordin İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Sportfm.az xəbər verir ki, 53 yaşlı mütəxəssis “Report”a açıqlamasında həmyerlilərinə səbr diləyib. O, hadisədən zərərçəkənlərə tezliklə sağalmağı arzulayıb: “Özümün və ailəmin adından Genuyada körpünün uçması nəticəsində həlak olanlara görə ən səmimi şəkildə başsağlığı verirəm. Dünyasını dəyişənlərin doğmalarına, yaxınlarına möhkəm və səbrli olmağı, hadisədən zərərçəkənlərə isə tezliklə sağalmağı arzulayıram”.
Qeyd edək ki, avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb, 10-larla insan isə yaralanıb.
Oxşar xəbərlər
Bu komandanın 16 üzvü həlak oldu
FIDE zəlzələdə zərər çəkənlərə yardım edəcək
AFFA FİFA və UEFA-ya müraciət etdi - Ölən futbolçu ilə bağlı
İtaliya yığmasının matçı 43-cü dəqiqədə dayandırılacaq - Buna səbəb baş verən faciədir
Genuyadakı faciəni yaşayan futbolçu: "Birdən dəhşətli gurultu gəldi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası