“Sinkfild kuboku” turnirində 3 qrossmeyster qalib gəldi
Sent-Luisdə “Grand Chess Tour” turnirinin dördüncü mərhələsi olan “Sinkfild kuboku” uğrunda yarışın son turu keçirilib.
Sportfm.az xəbər verir ki, 9-cu turda ağ fiqurlarla oynayan norveçli Maqnus Karlsenin rəqibi amerikalı Hikaru Nakamura olub. Karlsen 97-ci gedişdə top endşpilində artıq piyadasını reallaşdıraraq qalib gəlib. Ermənistan nümayəndəsi Levon Aronyan ağ fiqurlarla rusiyalı Aleksandr Qrişşuka qalib gəlib. Hindistanlı Vişvanatan Anand ilə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun, rusiyalı Sergey Karyakin ilə fransız Maksim Vaşye-Laqravın, habelə Amerika təmsilçiləri Uesli So ilə Fabiano Karuananın oyunu sülhlə başa çatıb.
Seriyanın final turnirinə 4-cü vəsiqənin sahibini müəyyən etmək üçün bu gün Sent-Luisdə Maksim Vaşye-Laqrav ilə Uesli So arasında əlavə matç keçiriləcək. Seriyanın ümumi zaçotunda bu şahmatçıların hərəsinin 26 xalı var.
Seriyanın yekun cədvəlində sonrakı yerləri Sergey Karyakin (25,5 xal), Şəhriyar Məmmədyarov (25 xal), Aleksandr Qrişşuk (18 xal) və Vişvanatan Anand (15 xal) tutur.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov heç-heçə etdi
“Grand Chess Tour 2019”: Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Məmmədyarov Maqnus Karlsenlə heç-heçə etdi
Şah bu dəfə mat edə bilmədi
Şəhriyar Məmmədyarov üçüncü yeri tutdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası