Ramil Quliyev Avropada ən yaxşı ola bilər
Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin adı Avropa Atletika Assosiasiyasının internet vasitəsilə səsverməyə çıxardığı "Avropada avqust ayının atleti" sorğusunda namizədlər siyahısına daxil edilib.
Sportfm.az xəbər verir ki, Ramil Quliyev avqustun 7-12-də Berlində keçirilən Avropa birinciliyinin kişilər arasında 200 metr məsafəyə qaçış yarışında 19,76 saniyəlik nəticə ilə çempionatın rekordunu yeniləyərək qızıl medala sahib olub. Bu uğuru sayəsində Ramil Quliyevin adı "ayın atleti" nominasiyası üzrə səsverməyə çıxarılan namizədlərin siyahısına salınıb.
Səsvermə "Twitter" və "Facebook" sosial şəbəkələri vasitəsilə aparılır. Avqust ayının ən yaxşı atleti kişilər və qadınlar kateqoriyalarının hər biri üzrə 5 idmançı arasından seçiləcək. Namizədlər siyahısında kişi idmançılardan Armand Duplantis (İsveç), Ramil Quliyev (Türkiyə), Jarnel Hyus (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Naerts (Belçika), qadınlardan isə Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Hussonq (Almanya), Laura Muir (Böyük Britaniya), Katerini Stefanidi (Yunanıstan) və Anita Vlodarçik (Polşa) yer alıblar.
Oxşar xəbərlər
Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazandı
Ramil Quliyev Avropada ilin ən yaxşısı seçilə bilər
Quliyev Avropanın ən yaxşı kişi atletləri arasında
Ramil Quliyev medal qazandı
Ramil Quliyev Türkiyə rekordunu yenilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası