Badmintonçumuz beynəlxalq turnirin yarımfinalına yüksəldi
Minskdə badminton üzrə “Belarus International-2018” beynəlxalq turniri davam edir. Turnirin üçüncü günündə - sentyabrın 8-də badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında növbəti görüşünü keçirib.
Sportfm.az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində hindistanlı Kiran Corcla qarşılaşıb. Görüş badmintonçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Edinin rəqibi Polşa badmintonçusu Mixal Roqalski olacaq. Dviçayo daha əvvəl Roqalski ilə Ukraynada keçirilən “RSL Kharkiv International-2018” beynəlxalq turnirinin 1/32 finalında qarşılaşıb. Qarşılaşma badmintonçumuzun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçilərimiz Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni cütü qoşa yarışlarda da qələbə qazanıb. Badmintonçularımız israilli Şay Geffen-Yonatan Levit tandeminə 2:0 hesabı ilə qalib gəliblər. Edi-Ezmi cütü kişilərin qoşa yarışlarının 1/4 final mərhələsində ukraynalı Mikola Martinenko-Danilo Şevçenko tandemi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi - FOTO
Badmintonçularımız beynəlxalq turnirin qalibi oldu - FOTO
Badmintonçumuz “Hellas Open-2018”in dörddəbir finalına yüksəldi
Badmintonçumuz dörddəbir finalda
Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası