Millimizin üzvləri üçün Yaponiyada ziyafət təşkil olundu
Yaponiyanın Senday şəhərinin meri burada təlim-məşq toplanışında olan və dünya çempionatında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan, İtaliya milli komandaları və hər iki ölkənin səfirləri üçün ziyafət təşkil edib.
Sportfm.az xəbər verir ki, ziyafətdə ölkəmizin Yaponiyadakı səfirinin müşaviri Fərid Talıbov və milli komandamızın baş məşqçisi Faiq Qarayev çıxış ediblər.
Faiq Qarayev bildirib ki, dünya çempionatında iştirak etmək böyük uğurdur. Ölkəmizdə idmana böyük diqqət, qayğı var və burda olmağımız da bu diqqətin nəticəsidir.
Yüksək təşkilatçılığa görə təşəkkürünü bildirən Fərid Talıbov deyib: “Dünya çempionatında iştirak etdiyi üçün millimizi və xalqımızı təbrik edirəm. Bu, böyük nəticədir. Çempionatın başlamasına artıq sayılı günlər qalıb. Komandamıza uğurlar arzu edirəm”.
Qeyd edək ki, millimiz sentyabrın 25-26-da İtaliya komandası ilə yoldaşlıq görüşləri keçirəcək. Dünya çempionatı isə sentyabrın 29-da start götürəcək. Millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə bir qrupda mübarizə aparacaq.
Oxşar xəbərlər
Dünya çempionatı: millimiz ilk qələbəsini qazandı
Qadınlar arasında voleybol üzrə XVIII dünya çempionatı start götürdü
Yaponiyada İtaliyaya uduzduq
Azərbaycan millisinin dünya çempionatı üçün heyəti müəyyənləşdi
Millimiz ABŞ və Rusiya yığmaları ilə bir qrupda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Jalə Əliyeva Avropa üçüncüsü oldu - Uğur
-
Yankoviç hər şeyi açıqladı - Rəvan Həmzazadə söyüş söyüb!
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq" - Sərxan Hacıyev
-
“Neftçi” - “Qarabağ” matçına 6000 bilet satıldı
-
“İmişli” “Sumqayıt”a uduzdu - Premyer Liqa















Misli Premyer Liqası