Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Voleybol üzrə Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı -FOTO
Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası bu gün Yaponiyada start götürən dünya çempionatına məğlubiyyətlə başlayıb.
Sportfm.az xəbər verir ki, C qrupunda yer alan yığma ilk turda ABŞ kollektivinə uduzub 0:3 (27:29; 21:25, 21:25).
Faiq Qarayevin rəhbərlik etdiyi komanda sentyabrın 30-da Cənubi Koreya, (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Rusiya yığmasına uduzdu
Dünya çempionatı: millimiz ilk qələbəsini qazandı
Voleybolçular arasında dünya çempionatında ilk tura yekun vuruldu
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Yaponiyada İtaliyaya uduzduq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin






.jpg)








Misli Premyer Liqası