Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
MMA döyüşçümüz növbəti qələbəsini qazandı
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, idmançımız “Fight Night Global 90” çərçivəsində qüvvəsini sınayıb.
İyirmi dörd yaşlı təmsilçimiz Moskvadakı “MOİK Arena”da keçirilən yarışda Mixail Qoqitidze ilə üz-üzə gəlib. Yüngül çəki dərəcəsində baş tutan döyüş N.Abbasovun rusiyalı rəqibi üzərində qələbəsi ilə başa çatıb.
Bu, Nərimanın karyerasında 23-cü qələbə olub. İndiyədək 27 döyüş keçirən idmançımız yalnız 4 dəfə məğlubiyyətlə üzləşib.
Oxşar xəbərlər
Nəriman Abbasov növbəti qələbəsini qazandı
MMA döyüşçümüz növbəti qələbəsini qazandı - UĞUR
Nəriman qələbədən sonra ağladı - Ölən qardaşı üçün
Nəriman Adili döyüb 20-ci qələbəsini əldə etdi
Azərbaycanlı döyüşçü "Fight Night"la anlaşma imzaladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası