"Qarabağ" klubuna texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi "Qarabağ" klubuna texniki məğlubiyyət verib.
Sportfm.az xəbər verir ki, buna səbəb Ağdam komandasının Azərbaycan Premyer Liqasının VIII turunda evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdiyi matç zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır.
Abbas Hüseynovun adı matçın iştirak ərizəsində göstərilməsə də, baş məşqçi Qurban Qurbanov onu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb. Buna görə də görüşün nəticəsi ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. "Qarabağ" eyni zamanda 8 min manat cərimələnib.
Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. AFFA İntizam Komitəsi Premyer Liqada daha öncə "Zirə"yə də texniki məğlubiyyət verib. Qurum həmçinin I Divizionda "Səbail-2"ni də texniki məğlubiyyətlə czalandırıb.
Oxşar xəbərlər
"Cəbrayıl"a texniki məğlubiyyət verildi - QƏRAR
"Şəmkir"ə texniki məğlubiyyət verildi
2-ci liqa klubuna texniki məğlubiyyət verildi - Qərar
İki komandaya texniki məğlubiyyət verildi
"Qarabağ"a texniki məğlubiyyət veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası