"Qarabağ"a texniki məğlubiyyət veriləcək
Topaz Premyer Liqasının VIII turunda doğma meydanda "Səbail"lə qarşılaşan "Qarabağ" bu oyundan qalib ayrılsa da, komandaya texniki məğlubiyyət veriləcək.
Sportfm.az xəbər verir ki, buna Ağdam klubunun oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub. Qarşılaşmanın son dəqiqələrində kapitan Rəşad Sadıqovun əvəzində meydana daxil olan cinah müdafiəçisi Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Bu, məşqçilər korpusunun diqqətindən yayınıb və o, meydana buraxılıb.
Qarşıdakı günlərdə keçiriləcək AFFA İntizam Komitəsinin iclasında Ağdam klubuna texniki məğlubuyyətin verilməsi rəsmiləşəcək.
Qeyd edək ki, az öncə başa çatan qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
2 komandaya texniki məğlubiyyət verildi - QƏRAR
"Şəmkir"ə texniki məğlubiyyət verildi
2-ci liqa klubuna texniki məğlubiyyət verildi - Qərar
"Qarabağ" klubuna texniki məğlubiyyət verildi
"Zirə"yə texniki məğlubiyyət verilə bilər - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası