Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA "Qəbələ"nin rəqibinin qapıçısını cəzalandırdı
Fransanın "Sent-Etyen" klubunun qapıçısı Stefan Ruffye 3 oyunluq cəzalandırılıb. Sportfm.az xəbər verir ki, bu barədə UEFA Nizam-İntizam Komitəsi qərar qəbul edib. Ruffye Avropa Liqasının "pley-off" mərhələsində İsrailin "Beytar" komandası ilə cavab oyunu zamanı rəqib futbolçu İtay Şexteri qəsdən vurub. 30 yaşlı qolkiper 44-cü dəqiqədə baş vermiş insidentlə əlaqədar birbaşa qırmızı vərəqə alıb.
O, sentyabrın 14-də Almaniyanın "Maynts", sentyabrın 29-da Belçikanın "Anderlext" klubları ilə yanaşı, oktyabrın 20-də "Qəbələ" ilə oyunu da buraxmalı olacaq. "Sent-Etyen" bu qarşılaşmalardan birincisini səfərdə, qalanlarını evdə keçirəcək.
Oxşar xəbərlər
UEFA Qriqorçuku cəzalandırdı
UEFA Teo Uiksi cəzalandırdı
"Qarabağ" ilk görüşünü harada keçirəcək?
Avropa Liqası: “Anderlext” və “Sent-Etyen” yenidən Bakıya səfər edəcək - YENİLƏNİB
UEFA “Qəbələ”nin oyunlarının yerini dəyişdirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası