reklam
Zabit Səmədov növbəti görüşünü keçirəcək
Sportfm.az xəbər saytı

Zabit Səmədov növbəti görüşünü keçirəcək


Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, 34 yaşlı kikboksçu dekabrn 2-də Belarusun paytaxtı Minsk şəhərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkil etdiyi turnirdə yarışacaq. 

Turnirdə həmçinin Azərbaycanın digər K-1 döyüşçüsü Elxan Əliyev də iştirak edəcək. Yarışa Belarus, Ukrayna, Rusiya Federasiyası, Fransa, Almaniya, Rumıniya, Moldova kimi ölkələrdən 20 nəfər tanınmış kikboksçu qatılacaq.

Günün əsas döyüşü Zabit Səmədovla Rusiya təmsilçisi Yevgeni Orlov arasında olacaq. Elxan Əliyev isə mərakeşli Cihad Akipa ilə döyüşəcək.

Qeyd edək ki, əslən azərbaycanlı olan K-1 döyüşçüsü Zabit Səmədov da "Axmat" klubunun üzvüdür.

Oxşar xəbərlər

Zabit Səmədov Bakıda döyüşəcək
“Mauqli” rinqlə vidalaşacaq
Zabit Səmədov nokautla qalib gəldi
Belarusda gərgin döyüş - Zabit Səmədov da rinqə çıxır
Zabit Səmədov növbəti qələbəsini qazandı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər