İspaniyalı futbolçu Türkiyə Super Liqasında
Uğursuz mövsüm keçirən "Fənərbağça" gələn yay heyətində ciddi dəyişikliklər edəcək.
Sportfm.az xəbər verir ki, İstanbul nəhənginin transfer siyahısı indidən hazırlanır. "Sarı-lacivərdlilər"in heyətə qatmaq istədiyi ilk oyunçu isə "Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqasdır. London klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan ulduz futbolçu "Fənərbağça"ya havayı keçə bilər. Klubun idman direktoru Damien Komolli ispaniyalının meneceri Darren Deinlə görüşərək, keçidin detallarını müzakirə edib. Həm Komolli, həm də "Fənərbağça"nın prezidenti Ali Koçla dost olan Dein müştərisinin Türkiyədə yalnız "Fənərbağça"nın formasını geyinəcəyinə söz verib. Çünki onunla Galatasaray da yaxından maraqlanır.
Qeyd edək ki, Sesk Fabreqası "Milan" da transfer etmək niyyətindədir.
Oxşar xəbərlər
Derbini "Fənərbaxça" qazandı - Super Liqa
Bugün dünya derbisi var
Super Kubok oyunu Bakıda keçiriləcək - "Fənərbaxça" - "Beşiktaş"
"Milan" futbolçu transfer etmək istəyir, amma pulsuz
"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası