"Neftçi" heyətinə yeni legioner futbolçular cəlb edəcək
“Qış fasiləsində “Neftç”nin güclənməsi mümkündür. Düzdür, qış “transfer pəncərəsi” yaydan fərqlənir. Avropada cəmi 6-7 ölkədə çempionat yaz-payız sistemi ilə keçirilir. Lakin biz axtarışdayıq, artıq bir neçə futbolçu ilə danışmışıq”.
Sportfm.az xəbər verir ki, bunu “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev deyib. Paytaxt təmsilçisinin rəhbəri 2-3 legioneri heyətə qatmaq istədiklərini bildirib: “Danışıq apardığımız futbolçuların Bakıya gəlişini gözlənilir. Lakin heç kimlə müqavilə bağlamamışıq. Çünki tibbi baxış və digər məsələlər var. İki, ən çox halda 3 əcnəbi oyunçu ola bilər. Hazırda “Neftçi”nin statusuna uyğun yerli bazarda oyunçu yoxdur. Həmçinin klubdan gedəcək futbolçular da ola bilər”.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada geridə qalan 13 turdan sonra 32 xalla liderdir.
Oxşar xəbərlər
“Neftçi” Tacikistan çempionatından oyunçu aldı
“Neftçi”də yeni sponsor - “Liv Bona Dea Hospital”
“Neftçi” daha bir israilli futbolçu alır - Transfer
"“Neftçi” Kamran Quliyevin dişinə görə deyil” - Georgi Nikolov
Kamran Quliyev: Onu çətin yol gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası